Bloquma xoş gəlmisiniz.

Adım Şahin Əliyevdir. Müstəqil developerliyə (independent developer) keçid mərhələsindəyəm.

Professional karyeram Layihə Mühəndisi (Project Engineer) olaraq keçsə də, ilkin universitet illərindən başlayaraq bir çox (əsasən veb) layihəylə məşğul olmuşam (nümunə olaraq MetuPrintUniLifeButarekMobexWesa). 2015-ci ilin Avqust ayından etibarən oyun sənayesi ilə yaxından maraqlanmağa və Unity oyun motorunu öyrənməyə başladım, partnyorumla bərabər MadBot Studio-nun əsasını qoyduq və ilk mobil oyunumuz olan Bridgeneer üzərində işləməyə start verdik.

Hələ planlar tam dəqiq olmasa da, bu bloqda oyun sənayesi və Unity oyun motoru ilə əlaqədar məlumatlar paylaşmağı planlayıram.

Hörmətlə,
Şahin

Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.