Category

Ümumi

Category

Kaş dilimizdə çoxlu söz olaydı

Azərbaycan dilinin texniki terminologiya cəhətdən çox kasıb olduğu sirr deyil. Bu problemlə tez-tez qarşılaşdığım üçün, belə qənaətə gəldim ki, terminlər qarşıma çıxdıqca bu postda toplamağa çalışım. Beləcə öz işimi də qismən asanlaşdırmış olaram.

Semantic versioning

Çox istifadə etdiyiniz hansısa proqram təminatı/oyun üçün yeni versiya çıxdığından xəbər tutunca nə edirsiniz? Yeni versiyanı yükləmək? Yoxsa mövcud olanı istifadə etməyə davam etmək? Yəqin ki, ilk öncə versiyasına baxıb, sonra da uyğun görsəniz dəyişiklik loqlarına (change log) göz atırsınız. Məhsulun versiyası istifadəçiyə bir çox halda lazım olan məlumatı verir və lazımsız panikanın qarşısını alır.

Oyun hazırlamaq üçün komandaya ehtiyacınız olacaq. AAA oyunların* istehsalatı üçün onlarla, bəzən isə yüzlərlə insan güclərini birləşdirsə də, kiçik büdcəli oyun istehsalatı üçün çox daha kiçik komanda yetərlidir.

Bu gün (22 Dekabr 2017) bir çoxlarının “ağılsızlıq” olaraq dəyərləndirəcəyi addımı atdım… İşləri təhvil verib, 6 il boyunca Layihə Mühəndisi olaraq işlədiyim şirkəti tərk etdim. Bu andan sonra daha çox vaxtımı Game və ümumilikdə Software Development sahəsinə ayırmağı planlayıram.

Əksər insanlar – istər təlimçilər, istərsə də özünü ekspert hesab edən insanlar – sizə deyəcəklər ki, hər şey ideyadan başlayır. Onu kim deyirsə ***, çünki ideya ən önəmsiz şeydir bu işdə.
Toğrul Səməd (İdeyadan məhsula aparan yol)

Oyun hazırlama prosesinin nədən başladığı müzakirə oluna bilər. Əslində bu bir çox faktordan asılıdır. Məsələn, oyunu hansı məqsədlə hazırladığınız (sırf gəlir, yoxsa yaradıcılıq istəyi), sahib olduğunuz resurslar (real komanda qurmaq imkanınız var, yoxsa sadəcə hansısa şablonu işlədib minimal dəyişikliklərlə oyun hazırlamağı planlayırsınız) və s. Flappy bird klonu yaratmaq fikriniz varsa, hər şey bu oyunu tədqiq etməkdən başlayar, potensial auditoriyanı təyin etməyə çalışarsınız, (qazanc əldə etmək fikriniz varsa) bənzər oyunların gəlirliliyini analiz edərsiniz və sairə və ilaxir.

Təkrar salam.

Bu bloqla əlaqədar çox tərəddüd etdim (əvvəlki postla bu yazının arasında 5 aydan çox müddət keçməsi də bu səbəbdəndir). Heç cürə qərar verə bilmirdim. Hətta bir neçə dəfə yazmağa başlayıb natamam şəkildə işin başını buraxdım.