Bu gün (22 Dekabr 2017) bir çoxlarının “ağılsızlıq” olaraq dəyərləndirəcəyi addımı atdım… İşləri təhvil verib, 6 il boyunca Layihə Mühəndisi olaraq işlədiyim şirkəti tərk etdim. Bu andan sonra daha çox vaxtımı Game və ümumilikdə Software Development sahəsinə ayırmağı planlayıram.

Bu addımın nə dərəcə düzgün olduğunu zaman göstərəcək, amma o heç də bir anda verilmiş qərar deyildi. Tam əksinə, illərlə fərqli eksperimentlər edib bu günə hazırlaşırdım. Bu il müddətində bir çox fərqli layihəyə imza atdım, bir çox uğur və uğursuzluqlara düçar oldum və inanıram ki, bir çoxundan lazımlı dərsləri çıxarıb həyatıma tətbiq etdim.

Plan

Növbəti ay üçün plan

Növbəti 1 ay üçün plan:

Game development ilə əlaqədar 4, Software development ilə əlaqədar 1 kitab:

2 audio kitab:

Bunlara əlavə olaraq:

  • Üç fərqli oyun üçün prototiplər hazırlamaq; bir oyunu yekunlaşdırıb yayımlamaq
  • Game Jam-də iştirak etmək, qaliblər siyahısına düşmək 🙂
  • Bol-bol eksperiment etmək, bir çox uğur/uğursuzluq qazanmaq
  • Uğursuzluqlardan mümkün olduğunca çox dərs çıxarmaq

Oyunlar

Neuro-bit icon

Hal-hazırda “Neuro-bit” oyununda yekun hazırlıqlar gedir: 3-5 həll ediləcək qüsur, 1-2 əlavə ediləcək funksionallıq və yayımçı yoxlanışından sonra hər şey hazır olmalıdır. Ən qısa müddətdə istifadəyə verilməsi planlanır. İstifadəyə verilməsini və ilkin istifadəçi rəylərini eşitməyi/görməyi səbrsizliklə gözləyirəm. Belə ki, son illər ərzində bir çox oyun üzərində işləsək də, “Neuro-bit” ilk yayımlanmış oyunum olacaq. 🙂

Bundan savayı, dediyim kimi, növbəti bir ay ərzində üç fərqli oyun üçün prototiplər hazırlamağı planlayıram. Oyunların heç birinin konsepti tam olaraq yekunlaşmadığı üçün hələ dəqiq heç nə deyə bilmirəm, sadəcə bunu bilirəm ki…

  1. İlk olaraq Game Jam üçün hazırladığımız prototip gəlir. Bu oyun infinite side-scrolling platformer olacaq. Əslində məqsəd sadəcə müsabiqədə qalib olmaq deyil və satış-yönümlü məhsul hazırlamağa çalışacağıq.
  2. Üzərində digər işlədiyimiz oyun eksperimental layihədir. City buildertower defence oyunlarının sintezi olan bu prototipi hazırlayıb konsepti test etmək istəyirik. Əgər konsept uğurlu olarsa komandanın əsaslı hissəsi sırf bu layihə üzərində işləməyə başlayacaq.
  3. Son olaraq kiçik bir stol-üstü oyun prototipi üzərində işləyirik. Məqsəd qısa müddət içərisində gəlirli olacaq bir oyun hazırlayıb bazara təqdim etməkdir. Oyunun ilk prototipi hazırdır, amma hələ bir çox mövzuda eksperimentlər edirik. Əgər işlər planladığımız kimi gedərsə, Yanvar ayının sonuna bu oyunu istifadəyə verməyi planlayırıq.
Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.